Bütün xəbərlər
Rusiya Federasiyasının Baş Prokurorluğu Corc Kluni Fondunu arzuolunmaz təşkilat kimi tanıyıb
Tarix: 19-08-2024 09:30 | Bölmə: Karusel

Rusiya Federasiyasının Baş Prokurorluğu Amerikanın “Clooney Foundation for Justice” qeyri-hökumət təşkilatının Rusiyada fəaliyyətinin arzuolunmaz olduğunu elan edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Fond Nyu-Yorkda beynəlxalq hüquq üzrə ixtisaslaşmış aktyor Corc Kluni və onun həyat yoldaşı tərəfindən təsis edilib və Rusiya siyasətini tənqid etməsi ilə seçilib.
İdarənin məlumatına görə, fond Rusiyanı nüfuzdan salmaq, ölkədən qaçmış vətəndaşlara, eləcə də fəaliyyəti qadağan edilmiş ekstremist və terror təşkilatlarının üzvlərinə dəstək verməklə fəal məşğul olur. Baş Prokurorluğun fikrincə, humanitar təşəbbüslər adı altında təşkilat Rusiyanın ali rəhbərliyinin cinayət təqibini təşviq edir və xarici agentlər və qeyri-hökumət təşkilatları ilə bağlı Rusiya qanunvericiliyinə mənfi “psevdoekspert” qiymətləndirmələri yayır.
Bundan əvvəl, mayın 31-də fondun hüquq direktoru Anna Neistat Ukraynadakı hadisələri rusiyayönümlü şəkildə işıqlandıran rusiyalı jurnalistlərin Avropada həbsinə order verilməsi üçün fondun planlarını açıqlamışdı. Corc Kluni daha sonra Neystatın sözlərinin yanlış şərh edildiyini və fondun media işçilərini mühakimə etməyi planlaşdırmadığını bildirib.



Baxış sayı: 221


Bölməyə aid digər xəbərlər