Bütün xəbərlər
Mask Kadırova "Tesla Cybertruck" verdiyi barədə şayiələri rədd edir
Tarix: 19-08-2024 09:22 | Bölmə: Karusel

Milyarder İlon Mask Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırova "Tesla Cybertruck" elektrik avtomobili verdiyi iddiası ilə bağlı yayılan xəbərləri təkzib edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "ciddisən, mənim bir rus generalına bir "Cybertruck" bağışladığımı düşünəcək qədər ləngimisən?" — Mask bu məlumatı əks etdirən yazıya cavab olaraq X sosial şəbəkəsində yazıb. O, bunu “ənənəvi medianın necə yalan danışdığına” daha bir misal adlandırıb.
Ötən şənbə günü Kadırov Maskdan "Cybertruck" aldığını və onu hərəkətdə sınaqdan keçirdiyini söylədi. Çeçenistan lideri bildirib ki, avtomatla təchiz edilən avtomobil xüsusi hərbi əməliyyatda iştirak edən əsgərlərə təhvil veriləcək. Kadırov Maskı Qroznıya da dəvət edib.



Baxış sayı: 286


Bölməyə aid digər xəbərlər