Bütün xəbərlər
FT: Ukrayna qışda ehtiyac duyduğu enerji gücünün yarısını itirib
Tarix: 18-08-2024 19:12 | Bölmə: Karusel

Ukraynanın itkiləri 9 giqavat elektrik enerjisi istehsal gücü təşkil edib ki, bu da qışdan sağ çıxmaq üçün lazım olanın yarısı qədərdir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə enerji məsələləri üzrə Avropa komissarı Kadri Simson məlumat verib.
“The Financial Times” qəzetinə yazdığı məqalədə Avropa komissarı yazıb ki, Kiyev soyuq mövsümdən çıxmaq üçün lazım olan istehsal gücünün yarısını itirib. O qeyd edib ki, bu, 10 milyondan çox insanın yaşadığı Portuqaliyada ən yüksək elektrik istehlakına bərabərdir.
Simson həmçinin Qərb ölkələrini Kiyevə ölkədə humanitar fəlakətin qarşısını almaq üçün zədələnmiş infrastrukturun bərpasına kömək etməyə çağırıb. Onun sözlərinə görə, müttəfiqlər kiçik mərkəzləşdirilmiş generatorları Ukraynaya ötürməli, xəstəxana və məktəblərin damlarında fotovoltaik sistemlər quraşdırmalı, elektrik enerjisi ixracını artırmalı və ölkənin hava hücumundan müdafiəsini gücləndirməlidir.
Bundan əvvəl amerikalı politoloq Con Mearsheimer əksər elektrik şəbəkələrinin dağılması səbəbindən Ukrayna üçün fəlakət proqnozlaşdırmışdı. Onun proqnozuna görə, bu qış vəziyyət kritikləşəcək.
Ukrayna Energetika Nazirliyinin rəhbəri German Qaluşenko hələ aprel ayında sakinlərdən mümkün işıqların kəsilməsinə hazırlaşmağı və generatorlar almağı xahiş etmişdi.



Baxış sayı: 201


Bölməyə aid digər xəbərlər