Bütün xəbərlər
Baş verən yanğınla əlaqədar 500-ə yaxın məktəbli uşaq düşərgələrindən aparılır
Tarix: 18-08-2024 19:00 | Bölmə: Karusel

Tuvada meşə yanğınları səbəbindən uşaqlar bir anda üç düşərgədən çıxarılmağa başlayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə rayon rəhbəri Vladislav Xovalıq məlumat verib.
“Yerində koordinasiyanı sosial blokdan olan həmkarlar həyata keçirirlər, ümumilikdə 500-ə yaxın məktəbli orada istirahət edir”, - deyə, rəsmi Telegram kanalında yazıb.
O da məlum olub ki, Orlyonok, Çağıtay və Baylak düşərgələrində yaşayan uşaqlar yaxın saatlarda avtobusla Qızılağa aparılacaq.
Tandinsky rayonunda yanğın yaşayış məntəqələrindən beş kilometrlik zonaya çatıb. Respublikada yanğınla bağlı vəziyyətin ağırlaşması ilə əlaqədar fövqəladə vəziyyət rejimi tətbiq edilib.
Yanğınların söndürülməsinə 468 nəfər canlı qüvvə və 60 texnika cəlb olunub.
Bundan əvvəl xəbər verilmişdi ki, Rusiya Federasiyası İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin Çağıtay düşərgəsində uşaqların zəhərlənməsi ilə bağlı cinayət işinin açılmasına göstəriş verib.



Baxış sayı: 203


Bölməyə aid digər xəbərlər