Bütün xəbərlər
Baş verən partlayışda 13 nəfər zərərçəkən kimi tanınıb
Tarix: 18-08-2024 10:27 | Bölmə: Karusel

2023-cü ildə Sergiev Posadda baş vermiş partlayışla bağlı 13 nəfər zərərçəkmiş kimi tanınıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onlar mülki iddia qaldırıblar. Faktla bağlı istintaq davam edir.
RİA Novosti-nin əldə etdiyi rəsmi məhkəmə materiallarında qeyd olunur ki, partlayış nəticəsində yaxınları həlak olan 13 nəfər cinayət işində zərərçəkmiş və mülki iddiaçı qismində tanınıb. Hazırda cinayət işi üzrə istintaq davam edir, ona görə də yeni mülki iddiaların irəli sürülməsi mümkündür.
Dəymiş zərərin ödənilməsi ilə bağlı iddialar ölənin yaxınları, digər zərərçəkmişlər, habelə zədələnmiş əmlakın sahibləri tərəfindən qaldırıla bilər.
Sergiev Posadda partlayış 2023-cü il avqustun 9-da səhər saatlarında baş verib. Səlahiyyətlilərin məlumatına görə, insident özəl şirkətin icarəyə götürdüyü pirotexnika anbarında baş verib. Partlayış nəticəsində 1 nəfər həlak olub, 56 nəfər yaralanıb. Partlayış nəticəsində mindən çox mənzil, 64 fərdi yaşayış evi, 200-dən çox avtomobil və 11 inzibati bina zərər görüb. İstintaqın məlumatına görə, insident nəticəsində 9 nəfər həlak olub, 100-ə yaxın insan yaralanıb.



Baxış sayı: 201


Bölməyə aid digər xəbərlər