Bütün xəbərlər
Ukraynalılar Varşavadakı konsulluqda pasportlara görə aksiya keçiriblər
Tarix: 17-08-2024 23:38 | Bölmə: Karusel

Bir neçə onlarla Ukrayna vətəndaşı ölkələrinin Varşavadakı konsulluğu qarşısında aksiya keçirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, etirazçılar onlara pul ödədikləri pasportların verilməsini tələb edirlər.
Etirazçılar əllərində “Biz qul deyilik, pasportundan əl çək”, “Pasport hüquqdur, imtiyaz deyil” və s. şüarlar yazılmış plakatlar tutublar. Bu barədə TASS Ukrayna mətbuatına istinadən xəbər verir.
Ukraynalılar qeydiyyat üçün onlardan pul alındığını, lakin sənədlərin verilmədiyini iddia edirlər. Konsulluq işçisi camaatın yanına gələrək onlara şöbəyə müraciət yazmağı, həm də vətənə qayıtmağı tövsiyə edib.
Aprel ayında Ukrayna Xarici İşlər Nazirliyi xaricdə hərbi yaşda olan kişilərə konsulluq xidmətlərinin göstərilməsinin dayandırılması barədə göstəriş verib. Daha sonra hakimiyyət diplomatik qurumlara 18-60 yaş arası kişilərə xarici və daxili pasport verməməyi əmr edib.



Baxış sayı: 236


Bölməyə aid digər xəbərlər