Bütün xəbərlər
Beqlov Sankt-Peterburq və Finlandiya körfəzinin PUA-lardan mühafizəsinin gücləndirildiyini bəyan edib
Tarix: 16-08-2024 17:04 | Bölmə: Karusel

Hərbçilər Sankt-Peterburq və Finlandiya körfəzinin pilotsuz təyyarələrdən və digər hava təhdidlərindən müdafiəsini gücləndirir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə cümə günü şəhər qubernatoru Aleksandr Beqlov məlumat verib.
"Hava təhdidlərinin qarşısını almaq üçün radiolokasiya stansiyalarının halqası yaradılır" deyib (TASS).
Beqlov əlavə edib ki, şəhərdə və Leninqrad vilayətində hərbçilər PUA-ları məhv etmək vasitələrinin sayını artırır və Finlandiya körfəzinin sularının mühafizəsi sistemini gücləndirirlər.
Daha əvvəl bildirilmişdi ki, rusiyalı mütəxəssislər nüvə zərbələri zamanı radiasiya səviyyəsini izləmək və şəxsi heyətin təhlükəsizliyini təmin etmək üçün “Qiyamət günü FPV” pilotsuz uçan aparatı hazırlayıblar.



Baxış sayı: 205


Bölməyə aid digər xəbərlər