Bütün xəbərlər
Xorvatiyada hərbi xidmətə çağırış yenidən tətbiq edilir
Tarix: 16-08-2024 16:58 | Bölmə: Karusel

Xorvatiya hakimiyyəti məcburi hərbi xidmətin bərpasını planlaşdırır. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Respublikanın müdafiə naziri İvan Anusiçin dediyi kimi, hərbi xidmətə çağırış 2025-ci il yanvarın 1-dən - 2 ay müddətinə başlayacaq.
Hərbi idarə həmçinin əsgər, çavuş və zabitlərin maaşlarını və ödənişlərini artırmağa hazırlaşır. Bundan əlavə, Xorvatiya silahlı qüvvələri NATO ilə razılaşmaya uyğun olaraq modernləşmədən keçəcək, nazir RTL televiziyasına müsahibəsində əlavə edib.
Xatırladaq ki, Xorvatiyada məcburi hərbi xidmət 2008-ci ildə ləğv edilib.
Hazırda ölkənin quru qoşunlarının sayı 11 min nəfərdən bir qədər çoxdur. Respublika Hərbi Hava Qüvvələrində 3,5 min, donanmada isə 2 mindən az hərbi qulluqçu var.



Baxış sayı: 224


Bölməyə aid digər xəbərlər