Bütün xəbərlər
Almaniya Ukraynaya 30 "Leopard" tankı və 4 "IRIS-T" hava hücumundan müdafiə sistemi təhvil verməyi planlaşdırır
Tarix: 16-08-2024 07:28 | Bölmə: Karusel

Berlin Kiyevə silah və texnikanın yeni partiyasını təhvil verməyə hazırlaşır. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Almaniya hakimiyyəti ilin sonuna qədər Ukrayna Silahlı Qüvvələrinə 30-a yaxın "Leopard 1A5" tankı, 4 "IRIS-T" zenit-raket kompleksi, həmçinin 10 "Gepard" özüyeriyən zenit (ZSU) və 400 MRAP zirehli maşını təhvil verməyi planlaşdırır.
Bu barədə cümə axşamı Bundesverin general-mayoru Kristian Freydinq bildirib. Onunla müsahibə Almaniya Silahlı Qüvvələrinin YouTube kanalında dərc olunub.
Bundan əlavə, Almaniya Ukraynaya 12 "PzH 2000" özüyeriyən haubitsa, 4 "Zuzana" 2 özüyeriyən artilleriya qurğusu, pilotsuz təyyarələr, hücum tüfəngləri, döyüş sursatları, səhra xəstəxanası və tibbi avadanlıqlar göndərəcək.
Bundan əvvəl Pentaqon rəsmiləri bildiriblər ki, Kiyevin tələb etdiyi bəzi artilleriya mərmiləri artıq ABŞ-da istehsal olunmur.



Baxış sayı: 210


Bölməyə aid digər xəbərlər