Bütün xəbərlər
Qəzaya uğrayan "Tu-22M3" təyyarəsinin pilotlarından biri dünyasını dəyişib
Tarix: 16-08-2024 06:42 | Bölmə: Karusel

Qəzaya uğrayan rus bombardmançı təyyarəsinin pilotlarından birini xilas etmək mümkün olmayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, qalanları müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
İrkutsk vilayətində qəzaya uğrayan "Tu-22M3" təyyarəsinin pilotlarından birini xilas etmək mümkün olmayıb. Bu barədə vilayətin qubernatoru İqor Kobzev öz Telegram kanalında məlumat verib.
“Təəssüf ki, "TU-22M3" hərbi təyyarəsinin qəzaya uğradığı yerdə işlər davam etdi ölən pilotun ailəsi və dostlarına başsağlığı veririk”, - Kobzev yazıb.
O aydınlaşdırıb ki, qalan pilotlar müxtəlif dərəcəli xəsarətlər alıblar. Pilotlar xəstəxanaya yerləşdirilib.
"Mütəxəssislər indi qəzanın dəqiq səbəbini müəyyənləşdirməlidirlər", - Kobzev əlavə edib.
Bundan əvvəl o, "Tu-22M3" bombardmançısının dörd pilotunun hamısının tapıldığını bildirmişdi. Rayon rəhbərinin sözlərinə görə, təyyarə boş əraziyə düşüb və yerdə dağıntı olmayıb. İlkin versiyaya görə, hadisəyə səbəb texniki nasazlıq olub.



Baxış sayı: 209


Bölməyə aid digər xəbərlər