Bütün xəbərlər
ABŞ Dövlət Departamenti Almaniyaya 5 milyard dollara "Patriot" raketlərinin satışını təsdiqləyib
Tarix: 15-08-2024 23:53 | Bölmə: Karusel

ABŞ Dövlət Departamenti Almaniyaya Patriot hava hücumundan müdafiə sistemləri üçün raket partiyasının satışını təsdiqləyib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, söhbət 600 patrondan, həmçinin əlavə hissələrdən və xidmətlərdən gedir. Əməliyyatın ümumi məbləği 5 milyard dollardır.
ABŞ Müdafiə Nazirliyinin məlumatına görə, Berlinə zenit-raket komplekslərinin tədarükü Vaşinqtonun maraqlarına cavab verir və Amerikanın Avropadakı əsas müttəfiqini dəstəkləyir, RİA Novosti yazır.
Dövlət Departamenti həmçinin İtaliyaya 738 milyon dollar dəyərində "MQ-9 Reaper" kəşfiyyat və hücum pilotsuz təyyarələrinin tədarükünü təsdiqləyib.
Ümumilikdə İtaliya hərbçiləri 6 pilotsuz təyyarə, 3 yerüstü idarəetmə stansiyası və 9 radar alacaq.



Baxış sayı: 213


Bölməyə aid digər xəbərlər