Bütün xəbərlər
Mənzil Müfəttişliyinin keçmiş əməkdaşı rüşvətə görə ev dustaqlığına göndərilib
Tarix: 15-08-2024 15:14 | Bölmə: Karusel

Moskvanın Basmannı məhkəməsi paytaxtın Dövlət Mənzil Müfəttişliyinin keçmiş baş mütəxəssisi Alsa Qurbanovanı ev dustaqlığına məhkum edib. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, qadın üç rüşvət almaqda şübhəli bilinir.
Məhkəmənin fikrincə, eks-məmur öz təqsirini boynuna almır. Onu 8 ilə qədər həbs cəzası gözləyir.
Bundan əvvəl FSB-nin Tomsk vilayəti üzrə departamentinin keçmiş əməkdaşı Rüstəm Kamalov xüsusilə külli miqdarda rüşvət almaqda təqsirli bilinib. Rayonun qarnizon hərbi məhkəməsi həmin şəxsi ciddi rejimli koloniyada 11 il müddətinə azadlıqdan məhrum edib.



Baxış sayı: 239


Bölməyə aid digər xəbərlər