Bütün xəbərlər
ABŞ və Rusiya vətəndaşı Karelina dövlətə xəyanətdə ittiham olunaraq 12 il müddətinə azadlıqdan məhrum edilib
Tarix: 15-08-2024 14:05 | Bölmə: Karusel

ABŞ və Rusiya vətəndaşı Kseniya Karelina vətənə xəyanət ittihamı ilə təqsirli bilinib. Sverdlovsk vilayət məhkəməsi onu 12 il müddətinə azadlıqdan məhrum edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, qadın cəzasını ümumi rejimli islah koloniyasında çəkəcək. Ona 300 min rubl cərimə də verilib.
Bu ilin fevralında Rusiya Federasiyasının FSB-si ABŞ və Rusiya vətəndaşlığı olan 32 yaşlı Los-Anceles sakininin Yekaterinburqda qanunsuz fəaliyyətinin qarşısının alındığını elan edib. Qadın Ukraynaya maliyyə yardımı göstərməkdə şübhəli bilinərək həbs edilib. Müstəntiqlərin fikrincə, şübhəli şəxs pulu Ukrayna Silahlı Qüvvələri üçün taktiki dərman, avadanlıq, silah və sursat almaq üçün istifadə edib.
Karelina istintaq zamanı günahını etiraf edib.
Bundan əvvəl xəbər verilmişdi ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) DXR üzrə İdarəsi dövlətə xəyanətdə şübhəli bilinən Rusiya vətəndaşını saxlayıb. Ehtimal olunur ki, saxlanılan şəxs Ukrayna Silahlı Qüvvələrinin artilleriya zərbələrinin nəticələrinin aradan qaldırılmasında iştirak edən Rusiya Fövqəladə Hallar Nazirliyinin qüvvə və vasitələri haqqında məlumatları toplayaraq Ukrayna xüsusi xidmət orqanlarına ötürüb.



Baxış sayı: 220


Bölməyə aid digər xəbərlər