Bütün xəbərlər
Məhkəmə MDU-nun keçmiş aspirantının terrora haqq qazandırdığına dair hökmü qüvvədə saxlayıb
Tarix: 15-08-2024 13:56 | Bölmə: Karusel

Hərbi apellyasiya məhkəməsi terrorçuluğa bəraət qazandırmaqda təqsirli bilinən Lomonosov adına Moskva Dövlət Universitetinin keçmiş aspirantı Azat Miftaxovun 4 illik həbs cəzasını qüvvədə saxlayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Mərkəzi Rayon Hərbi Məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb.
Miftaxov bu ilin martında terrorçuluğa ictimai bəraət qazandırmaq maddəsi ilə 4 il müddətinə azadlıqdan məhrum edilib. Bunlardan o, 2,5 ilini həbsdə, qalan müddətini isə ciddi rejimli koloniyada keçirəcək. İstintaqın məlumatına görə, gənc koloniyada olarkən başqa bir məhbusla söhbətində 2018-ci ilin oktyabrında Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Arxangelsk vilayətindəki binasında baş vermiş terror aktını təsdiqləyib. Miftaxov özü də təqsirini boynuna almayıb.
2021-ci ilin yanvarında keçmiş aspirant Moskvanın Qolovinski Məhkəməsi tərəfindən xuliqanlıq ittihamı ilə altı il müddətinə azadlıqdan məhrum edilib. İddia olunurdu ki, Miftaxov və onun əlaltıları 2018-ci ilin yanvarında paytaxtın şimalında yerləşən siyasi partiyanın ofisinin pəncərəsini sındıraraq içəriyə tüstü bombası atıblar. Aksiyada ümumilikdə altı nəfər iştirak edib, üç nəfər müttəhim kürsüsündə olub.
Miftaxov özü siyasi baxışlarına görə təqib olunduğunu bəyan edib.
Bundan əvvəl “Krokus”da terror aktı ilə bağlı qalmaqallı yazıların müəllifinin Sankt-Peterburqda həbs edildiyi bildirilirdi.



Baxış sayı: 205


Bölməyə aid digər xəbərlər