Bütün xəbərlər
900 kvadratmetr sahədə anbar anqarı və taxta altlıqlar yanır
Tarix: 15-08-2024 10:39 | Bölmə: Karusel

Adıgeydə 900 kvadratmetr sahədə anbar anqarı və taxta altlıqlar yanır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, “Adıgey Respublikasında böyük yanğın söndürülür, Teuçejski rayonunun Çekut kəndində açıq ərazidə anbar anqarı və taxta altlıqlar yanır”, - Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti xəbər verir.
Bildirilir ki, yanğın sahəsi 900 kvadratmetrdir. Moskva vaxtı ilə saat 5.47-də yanğın lokallaşdırılıb.
Yanğının söndürülməsinə 28 nəfər və 8 texnika cəlb olunub. Ölən və yaralananlar barədə məlumat yoxdur.



Baxış sayı: 217


Bölməyə aid digər xəbərlər