Bütün xəbərlər
Putin qubernator seçkilərində Besprozvannının namizədliyini dəstəkləyib
Tarix: 14-08-2024 15:23 | Bölmə: Karusel

Rusiya prezidenti Vladimir Putin Aleksey Besprozvannıxın Kalininqrad vilayətinin başçısı vəzifəsinə seçkilərdə iştirak etmək qərarını dəstəkləyib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu gün Vladimir Putin Kalininqrad vilayətinin qubernatoru vəzifəsini icra edən Aleksey Bezprozvannıxla işgüzar görüş keçirib. O, bu vəzifəyə mayın ortalarında təyin edilib.
Xüsusi əməliyyat iştirakçıları üçün regional ödənişlərin artırılması, Kalininqrada aviabiletlərə subsidiyaların saxlanılması, yeni bərələrin tikintisi, Tretyakov Qalereyasının və Böyük Teatrın filiallarının açılmasına hazırlıq məsələləri müzakirə olunub.
"Mən sizi orada müvəqqəti məmur təyin etdim, buna görə də sizə kömək etməyə çalışacağam, təbii ki, qərar Kalininqrad vilayətinin sakinlərindən asılıdır" - Rusiya prezidenti bildirib.
"Əgər kalininqradlılar mənə Kalininqrad vilayətinin rəhbərliyini həvalə etsələr, mən sizin və bölgə sakinlərinin etimadını doğrultmaq üçün hər şeyi edəcəyəm", - Besprozvannıx bildirib.



Baxış sayı: 219


Bölməyə aid digər xəbərlər