Bütün xəbərlər
ABŞ Polşaya 96 "Apache" hücum helikopteri verəcək
Tarix: 13-08-2024 18:15 | Bölmə: Karusel

Polşa Müdafiə Nazirliyi ABŞ-la 96 ədəd "Apache AH-64E" hücum helikopterinin tədarükü üçün müqavilə imzaladığını açıqlayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, sənədi iki ölkənin hökumətləri imzalayıb.
"Baş nazirin müavini və milli müdafiə naziri Vladislav Kosiniyak-Kamış Polşa ordusu üçün 96 ədəd "AH-64E Apache" hücum helikopterlərinin tədarükü üçün müqavilə imzalayıb", - departamentin X sosial şəbəkəsində verdiyi açıqlamada deyilir.
Nazirliyin nəşri aydınlaşdırır ki, ABŞ hökuməti ilə bağlanmış müqavilə şərtlərinə əsasən, bu avadanlıq vahidlərinin tədarükü ilə yanaşı, polyaklara logistika və təlim xidmətləri paketi də təqdim olunacaq. Sursat və ehtiyat hissələri də tədarük olunacaq.
Kosiniak-Kamış Polşa ordusunun ilk helikopterlərini 2028-ci ildə alacağını vurğulayıb. Müqavilənin dəyəri 10 milyard dollardır. Onun imzalanması Polşa prezidenti Anjey Duda və baş nazir Donald Tuskun martın 12-də ABŞ-a səfərindən sonra mümkün olub.



Baxış sayı: 310


Bölməyə aid digər xəbərlər