Bütün xəbərlər
Kişinyov Moldovanın Ukrayna üçün "F-16"lara ev sahibliyi edəcəyi ilə bağlı məlumatları təkzib edib
Tarix: 13-08-2024 12:29 | Bölmə: Karusel

Moldova Xarici İşlər Nazirliyindən bildirilib ki, respublikanın Rusiya paytaxtındakı səfirliyinin müvəqqəti işlər vəkili Kiyev üçün Moldova ərazisində "F-16" qırıcılarının yerləşdirilməsi xəbəri ilə əlaqədar Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Nazirliyin əlavə etdiyinə görə, Ukrayna ordusu üçün nəzərdə tutulan təyyarələrin yerləşdirilməsi ilə bağlı məlumatlar reallığa uyğun gəlmir.
“Moldova silah və hərbi texnika, o cümlədən Ukrayna üçün nəzərdə tutulan təyyarələri qəbul etmir və qəbul etməyəcək”, - deyə, departamentin Teleqram kanalında dərc olunan bəyanatda deyilir.
Moldova Xarici İşlər Nazirliyi məlumatın sosial şəbəkələrdə yayılan saxta xəbər olduğuna aydınlıq gətirib. Departament qeyd edir ki, respublika neytrallıq prinsipinə riayət edir.
Ölkə konstitusiyasına görə, Moldova neytral statusa malikdir, lakin 1994-cü ildən NATO bloku ilə fərdi tərəfdaşlıq planı çərçivəsində əməkdaşlıq edir.



Baxış sayı: 208


Bölməyə aid digər xəbərlər