Bütün xəbərlər
Qərbyönlü fəallar Belqradda Serbiyada litium hasilatına qarşı mitinq keçiriblər
Tarix: 11-08-2024 10:26 | Bölmə: Karusel

Serbiyanın baş nazirinin müavini və Daxili İşlər Nazirliyinin rəhbəri İvitsa Daçiç bildirib ki, Serbiyada litium hasilatına qarşı Belqradda keçirilən etiraz aksiyalarında 27 minə qədər insan iştirak edib və ciddi qayda pozuntuları qeydə alınıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Daçiç qeyd etdiyinə görə, etirazçılar Belqradın mərkəzi küçələrini, Budapeşt-Saloniki beynəlxalq avtomobil yolundakı körpünü və Belqrad mərkəzi dəmiryol vağzalını bağlayıblar.
Bu arada Belqradın mərkəzində saat 19:00-da başlayan mitinq dinc şəkildə keçib. Polisin hesablamalarına görə, aksiyada 24-27 min adam iştirak edib. Lakin mitinqdən sonra təşkilatçılar kütləvi toplantı keçirmək üçün ərizədə göstərdiklərinin əksinə hərəkət ediblər. Təşkilatçılar vətəndaşları rəngli inqilablar ssenarisinə uyğun olaraq ictimai asayişi pozmağa, beynəlxalq nəqliyyat əlaqələrini və Belqrad vağzalını bağlamağa çağırıb.
Daçiç vurğulayıb ki, etirazlar zamanı cinayət və qanun pozuntularına yol vermiş mitinq iştirakçıları cavab verəcəklər.
Serbiyada litium hasilatı və emalı planlarına qarşı etirazlar davam edir. Kütləvi aksiya bir gün əvvəl “Minəyə yox” şüarı altında baş tutub.





Baxış sayı: 236


Bölməyə aid digər xəbərlər