20:16 / 27-08-2026
Turist dağlarda azıb
17:36 / 26-08-2026
Ağacları kəsərkən öldü
Bütün xəbərlər
Putin təyyarə qəzası ilə bağlı Braziliya prezidentinə başsağlığı verib
Tarix: 10-08-2024 12:49 | Bölmə: Karusel

Rusiya prezidenti Vladimir Putin Braziliya prezidenti Luiz İnasiu Lula da Silvaya teleqram göndərərək, San-Paulu ştatında sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı başsağlığı verib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Kremlin saytında yerləşdirilmiş teleqramda deyilir: “Biz dost Braziliya xalqının kədərini bölüşürük".
Putin həmçinin bu faciədə yaxınlarını itirən hər kəsə səmimi başsağlığı və dəstək sözlərini çatdırmağı xahiş edib.
Avqustun 9-da 57 sərnişin və 4 ekipaj üzvü olan sərnişin təyyarəsi Vinhedo şəhəri yaxınlığında qəzaya uğrayıb. Limandakı hər kəs ölüb.



Baxış sayı: 263


Bölməyə aid digər xəbərlər