Bütün xəbərlər
Rusiya idmançıları Olimpiadadakı çıxışlarını bir medalla başa vurublar
Tarix: 09-08-2024 19:28 | Bölmə: Karusel

Rusiya Federasiyasının idmançıları Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarında çıxışlarını başa vurublar.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiyanın Fransada keçirilən Olimpiadada sonuncu təmsilçisi 1000 metr məsafəyə qaçışda medala bir addım qalmış kanoeçi Zaxar Petrov olub.
Parisdə ümumilikdə 15 rusiyalı - yeddi tennisçi, üç kanoeçi, üç velosipedçi, bir üzgüçü və bir batutçu yarışıb.
Ruslara yeganə medalı qoşa yarışlarda çıxış edən tennisçilər Mirra Andreeva və Diana Şnayder qazandırıb. Finalda idmançılar italyan cütlüyünə uduzublar.
Parisdəki Olimpiya Oyunları bazar günü, avqustun 11-də başa çatacaq. Rusiya idmançıları neytral statusda mübarizə aparıblar.


Baxış sayı: 130


Bölməyə aid digər xəbərlər