Bütün xəbərlər
Rusiyada yetkinlik yaşına çatmayanlara enerji içkilərinin satışına qadağa qoyulub
Tarix: 09-08-2024 08:04 | Bölmə: Karusel

Rusiya prezidenti Vladimir Putin yetkinlik yaşına çatmayanlara enerji içkilərinin satışını qadağan edən qanunu imzalayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Sənəd cümə axşamı hüquqi informasiyanın rəsmi internet portalında dərc olunub.
Buna uyğun olaraq, alıcının yaşı ilə bağlı şübhəsi varsa və onu müəyyən etməyə icazə verən sənəd təqdim etmədikdə, satıcı enerji içkisini satmaqdan imtina etmək hüququna malikdir.
Qanun alkoqolsuz tonik içkilərin, o cümlədən enerji içkilərinin pərakəndə satışına aiddir.
Norm 2025-ci il martın 1-dən qüvvəyə minəcək.


Baxış sayı: 135


Bölməyə aid digər xəbərlər