20:16 / 27-08-2026
Turist dağlarda azıb
17:36 / 26-08-2026
Ağacları kəsərkən öldü
Bütün xəbərlər
Həkimlər: Yevgeni Poddubnının vəziyyəti ağırdır
Tarix: 08-08-2024 09:58 | Bölmə: Karusel

“Rossiya 24” telekanalı xəbər verir ki, Kursk vilayətində yaralanan VGTRK müharibə müxbiri Yevgeni Poddubnının vəziyyəti ağırdır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, müxbir Stanislav Bernvald həkimlərdən birindən jurnalistin səhhəti ilə bağlı dəqiq məlumat ala bilib.
"Vəziyyəti ağırdır, kəllə-beyin travması var", - deyə, həkim bildirib.
Buna baxmayaraq, Poddubnı şüurludur və danışır.
Hərbi müxbir avqustun 7-də yaralanıb. Ukrayna Silahlı Qüvvələri Kursk vilayətində pilotsuz təyyarədən istifadə edərək jurnalisti öldürməyə cəhd edib.
Hazırda İstintaq Komitəsi sui-qəsd cəhdində əli olanların kimliyini müəyyənləşdirir. Aleksandr Bastrıkin adından Yevgeni Poddubnıya departament medalı təqdim olunacaq.



Baxış sayı: 305


Bölməyə aid digər xəbərlər