Bütün xəbərlər
İsrail ordusu Livandakı Hizbullah bölmələrindən birinin komandirinin məhv edildiyini açıqlayıb
Tarix: 07-08-2024 18:16 | Bölmə: Karusel

İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti bildirir ki, Hizbullahın tank əleyhinə bölmələrindən birinin komandiri Həsən Fares Ceşi İsrailin hava zərbəsi nəticəsində öldürülüb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, İsrail ordusu Livanın Cuaya və Aitarun yaşayış məntəqələrinin atəşə tutulduğunu açıqlayır.
Livan ərazisinə əvvəlki zərbə avqustun 6-da İsrail Hərbi Hava Qüvvələri tərəfindən həyata keçirilib. Xüsusilə də təyyarələr Kfar Kila kəndi yaxınlığındakı silah anbarını və Hizbullah bölmələrini atəşə tutub. Bundan əlavə, İDF Livanın cənubundakı atış meydançasına və Aita əş-Şab bölgəsində şiə hərəkatının hərbi binalarına hücum edib.


Baxış sayı: 148


Bölməyə aid digər xəbərlər