Bütün xəbərlər
Lukaşenko Krımın nəqliyyat naziri vəzifəsindən istefa verib
Tarix: 06-08-2024 11:29 | Bölmə: Karusel


Krım Respublikasının nəqliyyat naziri Nikolay Lukaşenko vəzifəsini tərk edib, bu barədə regionun rəhbəri Sergey Aksenov məlumat verib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Aksenovun Telegram kanalında yazdığı kimi, Nikolay Lukaşenko öz istəyi ilə istefa verib.
Krım rəhbərinin sözlərinə görə, bu qərar icra hakimiyyəti orqanlarının səmərəliliyini artırmaq məqsədilə kadrların planlaşdırılmış rotasiyası çərçivəsində qəbul edilib.
Bundan əvvəl bildirilmişdi ki, Aksenovla söhbətdən sonra Krım Fövqəladə Hallar Nazirliyinin rəhbəri istefa verib.



Baxış sayı: 176


Bölməyə aid digər xəbərlər