Bütün xəbərlər
Krımın Fövqəladə Hallar Nazirliyinin rəhbəri Aksenovla söhbətindən sonra istefa verib
Tarix: 05-08-2024 18:15 | Bölmə: Karusel

Krım Respublikasının rəhbəri Sergey Aksenov Sergey Sadakliyevin Krım Fövqəladə Hallar Nazirliyinin rəhbəri vəzifəsindən azad edildiyini açıqlayıb. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, nazir öz istəyi ilə vəzifəsini tərk edib.
"Mən Krım Respublikasının fövqəladə hallar naziri Sergey Nikolayeviç Sadaklievlə görüşdüm"- Aksenov şəxsi Telegram kanalında "Söhbət nəticəsində Sergey Nikolaeviç öz istəyi ilə istefa vermək qərarına gəldi"- deyib.
Sadakliyev 52 yaşında təqaüdə çıxıb. 2021-ci ilin fevral ayından şöbəyə rəhbərlik edir.
Krımın Fövqəladə Hallar Nazirliyinin yeni rəhbəri hələ açıqlanmayıb.



Baxış sayı: 173


Bölməyə aid digər xəbərlər