Bütün xəbərlər
Baş direktor Belta Akuloviç Aİ sanksiyalarına məruz qalıb
Tarix: 05-08-2024 11:40 | Bölmə: Karusel

Avropa İttifaqı Belarusun bir sıra KİV rəhbərlərinə və 28 təhlükəsizlik rəsmisinə qarşı yeni sanksiyalar tətbiq edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Aİ Şurasına məlumat verilib.
Xüsusilə, məhdudiyyətlər BelTA agentliyinin baş direktoru İrina Akuloviçə və “SB Belarus Seqodnya” qəzetinin baş redaktoru, Belarus prezidentinin mətbuat xidmətinin keçmiş rəhbəri Dmitri Juka aiddir.
Daha bir neçə Belarus jurnalisti sanksiyalara məruz qalıb. Ümumilikdə, Aİ-nin Belarusa qarşı yeni tədbirləri indi 261 şəxs və 37 təşkilatı əhatə edir.


Baxış sayı: 140


Bölməyə aid digər xəbərlər