Bütün xəbərlər
Filippin sahillərinin şərqində 6,8 bal gücündə zəlzələ baş verib
Tarix: 03-08-2024 08:32 | Bölmə: Karusel

ABŞ Geoloji Xidməti (USGS) Filippin sahillərinin şərqində 6,8 bal gücündə zəlzələ baş verib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Seysmoloqların məlumatına görə, yeraltı təkanlar UTC vaxtı ilə saat 22.23-də (Moskva vaxtı ilə 1.23) qeydə alınıb, yeraltı təkanların episentri Filippinin Barselona şəhərindən 19 kilometr şərqdə olub. Zəlzələnin ocağı 17 kilometr dərinlikdə yerləşib.
Əvvəlcə ABŞ Geoloji Xidməti 7 bal gücündə olduğunu açıqlasa da, sonradan seysmoloqlar məlumatı dəqiqləşdiriblər. Tələfat və dağıntılar barədə məlumat yoxdur.
İyulun ortalarında Filippin sahillərində 7,1 bal gücündə zəlzələ qeydə alınıb.



Baxış sayı: 161


Bölməyə aid digər xəbərlər