10:27 / 29-06-2025
Alovlanan katamaran batıb
Bütün xəbərlər
NTV: Ankara hava limanında Rusiya Federasiyası ilə Qərb arasında məhbus mübadiləsi baş tutub
Tarix: 01-08-2024 18:04 | Bölmə: Karusel

Türkiyənin NTV telekanalı Ankara hava limanında baş tutan Rusiya və ABŞ arasında məhbus mübadiləsini canlı yayımlayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, yayımçı, əməliyyatın Türkiyə Milli Kəşfiyyat Təşkilatının köməyi ilə həyata keçirildiyini, lakin ölkə hakimiyyətindən hələlik rəsmi təsdiqin alınmadığını bildirib.
"Flightradar24" portalının məlumatına görə, saat 16:25-də “Rusiya” xüsusi uçuş dəstəsinin RA-64059 quyruq nömrəli "Tu-204-300" təyyarəsi Ankaranın Esenboğa hava limanına enib. Eyni zamanda Almaniyanın Ramşteyn aviabazasından havaya qalxan ABŞ-a məxsus hərbi nəqliyyat təyyarəsi də transponderləri söndürülmüş halda Ankaraya uçurdu.



Baxış sayı: 203


Bölməyə aid digər xəbərlər
29-06-2025, 10:27 Alovlanan katamaran batıb