Bütün xəbərlər
Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğını söndürərkən xəsarət alıblar
Tarix: 28-07-2024 16:06 | Bölmə: Karusel

Bazar günü Moskvanın şərq hissəsində yerləşən Yunosti küçəsində üçmərtəbəli inzibati binada yanğın baş verib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, vaxtında gələn yanğınsöndürənlər yanğını söndürməyə başlayıb, dam örtüyü və çardağı açıb, alovun geniş əraziyə keçməsinin qarşısı alınıb.
Rusiya Fövqəladə Hallar Nazirliyinin paytaxt qərargahından verilən məlumata görə, qəza yerində aparılan işlər zamanı idarənin iki əməkdaşı xəsarət alıb.
Açıqlamada yanğınsöndürənlərin xəstəxanaya yerləşdirildiyi, həyatları üçün təhlükə olmadığı bildirilib. Yanğınla mübarizə davam edir.
Xatırladaq ki, bir gün əvvəl məlum olmuşdu ki, qaynar su ilə çuxurda qalmış avtomobildən insanların xilas edilməsi əməliyyatı zamanı xəsarət alan Tverdən olan xilasedici xəstəxanada dünyasını dəyişib.



Baxış sayı: 220


Bölməyə aid digər xəbərlər