Bütün xəbərlər
Boks üzrə məşqçi Olimpiya kəndində vəfat edib
Tarix: 27-07-2024 20:28 | Bölmə: Karusel

Samoa boks komandasının məşqçisi Lionel Elika Parisin Olimpiya kəndində vəfat edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Samoa boksçularının 60 yaşlı mentoru 2024-cü il Oyunlarının açılış günündə dünyasını dəyişib.
“Frans Press”in məlumatına görə, məşqçiyə hadisə yerində təcili tibbi yardım göstərilib. Lakin onu xilas etmək mümkün olmayıb. İstintaqın ilkin nəticələrinə görə, Elika ürəyinin dayanması nəticəsində dünyasını dəyişib.
Məlumatı Samoa Olimpiya Komitəsi təsdiqləyib. Ada dövləti Paris Olimpiadasına bir boksçunu - 25 yaşlı Ato Plodzicki-Faoaqalini həvalə edib. O, 92 kq çəki dərəcəsində mübarizə aparır.



Baxış sayı: 245


Bölməyə aid digər xəbərlər