14:12 / 07-09-2024
Lamiyədən növbəti medal!
Bütün xəbərlər
Moskva məhkəməsi beynəlxalq axtarışa verilmiş azərbaycanlını həbs edib
Tarix: 27-07-2024 16:59 | Bölmə: Karusel

Moskvanın Nikulinski Məhkəməsi beynəlxalq axtarışa verilmiş Azərbaycan vətəndaşını həbs edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu, şübhəlinin ölkəsinin hakimiyyət orqanlarına daha da ekstradisiyası üçün edilib.
Bu barədə RİA Novosti məlumat yayıb. “Moskva şəhəri Nikulinski Məhkəməsinin qərarı ilə İbrahimov Elxan Musa oğlu barəsində 2024-cü il sentyabrın 2-dək 40 sutka həbs qətimkan tədbiri seçilib”, - deyə, nəşrdə bildirilir.
Bu, onun sorğu edən tərəfə - Azərbaycanın hüquq-mühafizə orqanlarına ekstradisiyasının mümkünlüyünü təmin etmək məqsədilə edilib.
Həbs olunan şəxs cinayətkar birlikdə və respublikada qadağan olunmuş silahlı qruplaşmada iştirakda ittiham olunur. Bəzi KİV-lərin məlumatına görə, söhbət “Əl-Qaidə”nin (Rusiya Federasiyasında qadağan olunmuş) Suriyadakı qollarından birindən gedir.


Baxış sayı: 130


Bölməyə aid digər xəbərlər