14:12 / 07-09-2024
Lamiyədən növbəti medal!
Bütün xəbərlər
İtalyan jurnalist Olimpiadanın açılışından sonra Rusiyadan sığınacaq istəyib
Tarix: 27-07-2024 15:02 | Bölmə: Karusel

İtaliyalı jurnalist və maliyyə analitiki Ancelo Giuliano Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimindən qəzəblənib və siyasi sığınacaq üçün Rusiyaya üz tutub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "Rusiyadan mənə sığınacaq verməsini xahiş edirəm, bu şouda iştirak etmək istəmirəm" deyə, o, X sosial şəbəkəsində yazıb.
Giuliano konkret olaraq nəyin onda mənfi təəssürat yaratdığını açıqlamayıb.
Bir çox istifadəçi şərhlərdə jurnalisti dəstəkləyib, həmçinin Rusiyaya getmək istədiklərini bildiriblər.
Yunanıstanın “Pronews.gr” portalı bir müddət əvvəl yazmışdı ki, Fransanın paytaxtında keçirilən Olimpiadanın açılış mərasimi Qərbi Avropada sivilizasiyanın və xristian mədəniyyətinin dağılmasını göstərdi – transvestitlər İsa Məsihin və onun şagirdlərinin Son Şam yeməyini təsvir ediblər.
Həmçinin açılış mərasimi zamanı Olimpiya bayrağı alt-üst qaldırılıb. Bundan əlavə, BOK öz bayrağını qarışdırdığına və əvəzinə Şimali Koreya bayrağının nümayiş etdirilməsinə görə Cənubi Koreya hakimiyyətindən üzr istəyib.


Baxış sayı: 120


Bölməyə aid digər xəbərlər