14:12 / 07-09-2024
Lamiyədən növbəti medal!
Bütün xəbərlər
Məhkəmə rusları öldürməyə çağırış edən ukraynalı teleaparıcıya qiyabi hökm çıxarıb
Tarix: 26-07-2024 17:07 | Bölmə: Karusel

Rusiya vətəndaşlarını qətlə yetirməyə çağıran ukraynalı teleaparıcı Fəxrudin Şərəfməl Moskva məhkəməsi tərəfindən qiyabi olaraq ümumi rejimli koloniyada 7 il müddətinə azadlıqdan məhrum edilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə paytaxt prokurorluğunun Telegram kanalında məlumat verilib.
Şərəfmal Rusiya Federasiyası Cinayət Məcəlləsinin ekstremist fəaliyyətə açıq çağırışlar, nifrət və düşmənçiliyin qızışdırılması, nasizmin reabilitasiyası maddələri ilə təqsirli bilinib.
Ukrayna telekanalının efirində o, nasist cinayətkarı Adolf Eichmannın uşaqların məhv edilməsi ilə bağlı sözlərindən sitat gətirib, rusları soyqırımına çağırıb.
Bundan əvvəl Rusiya Jurnalistlər İttifaqı bəyan etmişdi ki, ukraynalı jurnalistin rusların soyqırımına çağırışı açıq-aşkar faşizmdir.


Baxış sayı: 114


Bölməyə aid digər xəbərlər