14:12 / 07-09-2024
Lamiyədən növbəti medal!
Bütün xəbərlər
Sinoptiklər Paris Olimpiadasının açılış mərasimi zamanı yağış yağacağını proqnozlaşdırırlar
Tarix: 26-07-2024 12:41 | Bölmə: Karusel

"RMC Sport" xəbər verir ki, fransalı meteoroloqlar Parisdə Olimpiya Oyunlarının açılış mərasimi zamanı əlverişsiz hava şəraitinin olacağını proqnozlaşdırırlar.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Olimpiya Oyunlarının açılış mərasimi iyulun 26-da yerli vaxtla saat 19:30-da Sena boyu 6 kilometr uzanan ərazidə keçiriləcək. Proqnozlara görə, Fransa paytaxtında axşam buludlu olacaq, yağış gözlənilir.
Bildirilir ki, termometr +21°C-yə enəcək, yağıntı riski saat 19:00-da 40%, saat 23:00-da isə 48%-ə yüksələcək.
Paris Olimpiadası iyulun 26-dan avqustun 11-dək keçiriləcək.
Bundan əvvəl KİV-də xəbərlər yayılmışdı ki, Oyunlardan əvvəl Parisdə mağaza və restoranlara gələn ziyarətçilər xeyli az idi.


Baxış sayı: 113


Bölməyə aid digər xəbərlər