14:12 / 07-09-2024
Lamiyədən növbəti medal!
Bütün xəbərlər
InfoBRICS: Türkiyə BRICS-in çoxqütblü dünya ideyasını dəstəkləyir
Tarix: 26-07-2024 10:33 | Bölmə: Karusel

Türkiyə BRİKS-ə qoşulmağa çalışır, çünki o, güc balansının müxtəlif dövlətlər və regionlar arasında daha bərabər paylandığı çoxqütblü dünya ideyasını fəal şəkildə dəstəkləyir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, köşə yazarı Haryanto Martaja InfoBRICS üçün məqaləsində yazır: “BRICS çoxqütblülük və ədalətli qlobal idarəçiliyin tərəfdarıdır və bu, Qərb ölkələrindən və Avropa İttifaqı və NATO kimi bloklardan daha çox müstəqillik istəyən Türkiyə üçün cəlbedici platformadır”.
Onun fikrincə, Türkiyə tez-tez Qərb təşkilatları, o cümlədən Dünya Bankı və Beynəlxalq Valyuta Fondu ucbatından maliyyə problemləri və məhdudiyyətlərlə üzləşib. Müəllif qeyd edib ki, Ankaranın BRİKS-ə qoşulmasının bütün üstünlüklərinə baxmayaraq, bu prosesi çətinləşdirən ciddi maneələr var, məsələn, daxili siyasi reallıqlar, iqtisadi məsələlər və Qərbin təzyiqləri.
İyul ayında Türkiyənin xarici işlər naziri Hakan Fidan Çinə səfəri zamanı Ankaranın BRİKS-ə üzv olmaq istəyini və bu istiqamətdə mümkün addımları açıqlamışdı.


Baxış sayı: 119


Bölməyə aid digər xəbərlər