14:12 / 07-09-2024
Lamiyədən növbəti medal!
Bütün xəbərlər
Saxlanılan şəxs bildirib ki, bombanı özü yığıb yerləşdirib
Tarix: 26-07-2024 10:00 | Bölmə: Karusel

Rusiya FSB Moskvada avtomobil partladılması işi üzrə saxlanılan Yevgeni Serebryakovun ona qarşı irəli sürülən bütün ittihamları etiraf etdiyi və cinayətin təfərrüatları barədə danışdığı ifadəsinin videoyazısını dərc edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, təqdim olunan materiallardan belə çıxır ki, 2023-cü ilin fevralında Serebryakov öz təşəbbüsü ilə Ukrayna kəşfiyyat xidmətləri ilə əməkdaşlığa başlayıb. Tezliklə o, İstanbulda SBU-dan bir işçi ilə görüşdü və orada əlavə təlimatlar aldı.
İfadəsinə görə, Serebryakov kuratorunun ciddi nəzarəti altında partlayıcı qurğu hazırlayırmış. O, Ruza bölgəsində bomba üçün komponentlər götürüb. Bundan sonra o, Moskvada avtomobilin altına partlayıcı qurğu yerləşdirib. Serebryakov bildirib ki, bu tapşırığı yerinə yetirdiyinə görə ona 10-20 min dollar mükafat, həmçinin Ukrayna pasportu vəd edilib.
Çərşənbə günü Moskvanın Sinyavinskaya küçəsində avtomobilə quraşdırılmış partlayıcı qurğu işə düşüb, iki nəfər yaralanıb. Baxılan versiyalardan biri də qurbanlardan birinin peşə fəaliyyəti ilə bağlı sui-qəsd cəhdidir. FSB rəhbəri Aleksandr Bortnikov cinayətdə şübhəli bilinən şəxsin Türkiyəyə qaçdığını bildirib. Daha sonra Türkiyənin daxili işlər naziri Əli Yerlikaya Yevgeni Serebryakovun Bodrumda saxlanıldığını açıqlayıb.


Baxış sayı: 110


Bölməyə aid digər xəbərlər