Bütün xəbərlər
Slovakiyalı KHL legionerləri dünya çempionatına aparılmayacaq
Tarix: 27-03-2023 21:48 | Bölmə: Karusel


Kontinental Xokkey Liqası klublarında çıxış edən Slovakiya xokkeyçiləri dünya çempionatında iştirak etmək üçün öz milli komandalarına çağırılmayacaqlar.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Slovakiya Buzda Xokkey Federasiyası məlumat yayıb.
Təşkilatın rəsmi saytında deyilir: "Son bir neçə həftə ərzində KHL oyunçuları ilə uzun debat apardıq. Onlar həmişə ölkəmizi təmsil etməkdən qürur duyurdular və dünya çempionatının medalları uğrunda mübarizə aparmaq qabiliyyətinə malikdirlər".
"Lakin müzakirələr zamanı belə bir fikrə gəldik ki, komandamızın dünya çempionatına sakit hazırlığı və 100% konsentrasiyası naminə bu mövsüm KHL oyunçularını yarışdan kənarda qoysaq, daha yaxşı olar".
Slovakiya ilə bağlı vəziyyətə qədər Latviya, İsveç, Çexiya və Finlandiya xokkey federasiyaları da belə edirdi.
Dünya çempionatı mayın 12-dən 28-dək Riqa və Tamperedə keçiriləcək.


Baxış sayı: 73


Bölməyə aid digər xəbərlər