Bütün xəbərlər
Kəlbəcər istiqamətində mövqelərimiz yenə atəşə tutuldu
Tarix: 02-05-2022 14:51 | Bölmə: Karusel

                   Kəlbəcər istiqamətində mövqelərimiz yenə atəşə tutuldu


Mayın 1-i saat 13:40-dan 17:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonu istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik və Yellicə yaşayış məntəqələrində yerləşən Azərbaycan Ordusunun mövqelərini qumbaraatan və pulemyotlardan fasilələrlə atəşə tutub.
"Qafqazinfo" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb. Şəxsi heyət və texnikamızda itki yoxdur.
Hazırda qeyd olunan istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.


Baxış sayı: 146


Bölməyə aid digər xəbərlər