Bütün xəbərlər
Təmirə ehtiyacı olan məktəblərin sayı açıqlandı
Tarix: 26-04-2022 21:00 | Bölmə: Karusel

                    Təmirə ehtiyacı olan məktəblərin sayı açıqlandı



“Azərbaycanda 900-ə qədər təmirə ehtiyacı olan məktəb var. Ancaq ölkədə 4 400 məktəbin olduğunu nəzərə alsaq, kifayət qədər təmirli məktəbin mövcudluğunu hesab edə bilərik”.
“Qafqazinfo” xəbər verir ki, bu fikirləri təhsil naziri Emin Əmrullayev “QəbuldASAN” verilişində deyib.
“Hər il nazirlik və Heydər Əliyev Fondu tərəfindən müəyyən sayda məktəb əsaslı təmir olunur. Bütün məktəbləri eyni vaxtda təmir etmək mümkün deyil. Növbəlilik prinsipi var ki, şagird sayı çox olan, ən pis vəziyyətdə olan, eləcə də, regional bölgü nəzərə alınaraq məktəblər təmir olunur”, - nazir qeyd edib.


Baxış sayı: 170


Bölməyə aid digər xəbərlər