Bütün xəbərlər
“Qarabağ” “Keşlə”yə, “Neftçi” “Sumqayıt”a qarşı
Tarix: 14-05-2021 13:17 | Bölmə: Karusel

                   “Qarabağ” “Keşlə”yə, “Neftçi” “Sumqayıt”a qarşı


Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 27-ci turun oyunları keçiriləcək.
“Qafqazinfo” xəbər verir ki, turun bütün görüşləri eyni gündə baş tutacaq.
Açılış matçında “Qəbələ” doğma meydanda “Sabah”la üz-üzə gələcək.
Qalan üç oyun isə eyni saatda başlayacaq. Lider “Qarabağ” “Keşlə” ilə qarşılaşacaqsa, ikinci pillədə qərarlaşmış “Neftçi” “Sumqayıt”ın qonağı olacaq.
“Zirə” isə “Səbail”lə münasibətlərinə aydınlıq gətirəcək.
Azərbaycan Premyer Liqası
27-ci tur
14 may
“Qəbələ” – “Sabah”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rəşad Əhmədov.
Qəbələ şəhər stadionu, 17:00.
“Zirə” – “Səbail”
Hakimlər: İnqilab Məmmədov, Akif Əmirəli, Nahid Əliyev, Namiq Bəkirov.
Zirə İdman Kompleksinin stadionu, 19:00.
“Qarabağ” – “Keşlə”
Hakimlər: Kamal Umudlu, Müslüm Əliyev, Eyyub İbrahimov, Əliyar Ağayev.
Bakı. “Azersun Arena”, 19:00.
“Sumqayıt” – “Neftçi”
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Rəvan Həmzəzadə.
Sumqayıt. “Kapital Bank Arena”, 19:00.


Baxış sayı: 150


Bölməyə aid digər xəbərlər