Bütün xəbərlər
Mal otarmaq üçün işğaldan azad edilmiş əraziyə keçmək istəyənlər saxlanıldı
Tarix: 13-05-2021 15:04 | Bölmə: Karusel

                   Mal otarmaq üçün işğaldan azad edilmiş əraziyə keçmək istəyənlər saxlanıldı



Ağdamda işğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən daha 5 nəfər saxlanılıb.
 
DİN-in Mətbuat Xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, mayın 13-də səhər saat 6 radələrində polis əməkdaşları tərəfindən həyata keçirilmiş növbəti tədbirlər zamanı xırdabuynuzlu heyvanları otarmaq məqsədi ilə Hacıməmmədli kəndi ərazisindən Ağdam rayonunun işğaldan azad edilmiş ərazisinə keçməyə cəhd göstərən daha 5 nəfər saxlanılıb.
 Həmin şəxslər saxlanıldıqdan sonra polis şöbəsinə gətirilib və onların barəsində qanunamüvafiq tədbirlər yerinə yetirilib.





Baxış sayı: 271


Bölməyə aid digər xəbərlər
10-10-2025, 08:58 Zəlzələ baş verib
10-10-2025, 08:45 Sənaye binası yanıb