Bütün xəbərlər
Azərbaycan bu məsələdə Rusiyaya kömək edəcək
Tarix: 11-05-2021 04:46 | Bölmə: Karusel

                           Azərbaycan bu məsələdə Rusiyaya kömək edəcək


“Qoşulmama Hərəkatında Rusiyanın müşahidəçi statusu mövzusuna da toxunmaq istərdim”.
“Qafqazinfo” xəbər verir ki, bunu Prezident İlham Əliyev mayın 10-da Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.
“Mənim fikrimcə, tamamilə təbii olardı ki, Rusiya bu statusu bizim sədrliyimiz dövründə alsın. Biz də öz tərəfimizdən nə mümkündürsə edəcəyik ki, məhz belə olsun”, - İ.Əliyev bildirib.
Rusiya XİN rəhbəri bu məsələdə dəstəyinə görə İlham Əliyevə təşəkkürünü bildirib:
“Sizə, hazırda Qoşulmama Hərəkatında sədrlik edən dövlətin başçısı kimi bizim bu qurumda müşahidəçi statusu almaq barədə sifarişimizi dəstəklədiyinizə görə ayrıca minnətdarlığımı bildirmək istərdim”.



Baxış sayı: 235


Bölməyə aid digər xəbərlər
29-06-2025, 10:27 Alovlanan katamaran batıb