Bütün xəbərlər
Gədəbəydə polis ağacəkmə aksiyası keçirib
Tarix: 10-05-2021 02:05 | Bölmə: Karusel

    Gədəbəydə polis ağacəkmə aksiyası keçirib



Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşlarının təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə rayon ərazisində ağacəkmə aksiyası keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan “Report”a verilən məlumata görə, polis əməkdaşları iqlim şəraitinə daha uyğun və dözümlü, dekorativ cəhətdən yaraşıqlı, 200-dən çox şam ağacları əkiblər.
Əkilən ağacların suvarılması həyata keçirilib, onlara aqrotexniki qaydada qulluq göstərilib, ağacların küləkdən qorunması üçün qoruyucu dirəklər basdırılıb.


Baxış sayı: 227


Bölməyə aid digər xəbərlər