Bütün xəbərlər
Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşı 33 yaşında vəfat edib
Tarix: 07-05-2021 17:56 | Bölmə: Karusel

    Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşı 33 yaşında vəfat edib



Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) əməkdaşı Cəfər Səmədli vəfat edib.
"Report" xəbər verir ki, bu barədə qurumun rəsmi feysbuk hesabında məlumat yayılıb.
Bildirilib ki, C.Səmədli uzun sürən xəstəlikdən sonra 33 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, o, 2013-cü ildən etibarən Xidmətdə çalışıb. Əvvəlcə Xidmətin 6 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin, 2019-cu ilin dekabr ayından etibarən isə Xidmətin Bakı Şəhər İdarəsində baş məsləhətçi-baş əmək müfəttişi işləyib.
Allah rəhmət eləsin!


Baxış sayı: 397


Bölməyə aid digər xəbərlər