Bütün xəbərlər
Fransada məscid yandırıldı
Tarix: 05-05-2021 02:58 | Bölmə: Karusel

                    Fransada məscid yandırıldı


Fransanın Albertvil şəhərində məscid yandırılıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hücumdan sonra məscidin girişi zərər görüb.
Təhlükəsizlik kameralarında bir nəfərin benzinlə məscidin qapısını yandırdığı əksini tapıb.
Hadisə nəticəsində zərər çəkən olmayıb.
Məsələ ilə bağlı polisə məlumat verilib və şikayət edilib. Hücum edən şəxsin tapılması istiqamətində iş aparılır.


Baxış sayı: 197


Bölməyə aid digər xəbərlər