Bütün xəbərlər
İranda isveçrəli diplomat binadan yıxılaraq öldü
Tarix: 04-05-2021 14:22 | Bölmə: Karusel

                    İranda isveçrəli diplomat binadan yıxılaraq öldü


İsveçrənin Tehrandakı səfirliyinin qadın əməkdaşı hündür mərtəbəli binadan yıxılaraq ölüb.
“Qafqazinfo” İran mətbuatına istinadən xəbər verir ki, bu barədə İran fövqəladə hallar idarəsinin sözçüsü Müctəba Xalidi məlumat verib.
Qadın diplomat paytaxtın Kamraniyə rayonunda yerləşən hündür mərtəbəli binanın damından yıxılıb. Onun 51 yaşında olduğu bildirilir.
Qadının meyiti məhkəmə-tibbi ekspertizaya təhvil verilib.
“Reuters” agentliyinin verdiyi məlumata görə, qadın səfirliyin ən yüksək rütbəli ikinci işçisi olub.
Bununla yanaşı diplomatın ABŞ-ın İrandakı diplomatik işini təmsil etdiyi bildirilir.


Baxış sayı: 154


Bölməyə aid digər xəbərlər