Ramazanın 21-ci gününün duası - İmsak və iftar vaxtı
Tarix: 03-05-2021 23:45 | Bölmə: Karusel

                   Ramazanın 21-ci gününün duası -İmsak və iftar vaxtı



Sabah Ramazan ayının 21-ci günüdür.
Unikal.org xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 4-də imsak saat 03:55, iftar isə saat 19:54-dədir.
Ramazan ayının 21-ci gününün duası:
"Allahumməc-əl li fihi ila mərzatikə dəlila. Və la təc-əl liş-şeytani fihi əleyyə səbila. Vəc-əlil-cənnətə li mənzilən və məqila. Ya qaziyə həvaicit-talibin".
Tərcüməsi:
"İlahi, bu ayda Sənin rizanı qazanmaq üçün mənə yol göstər, Şeytanın məni azdırması üçün yol qoyma, Cənnəti mənim üçün mənzil və dinclik yeri qərar ver, ey möhtac olanların ehtiyaclarını ödəyən Allah!"
Allah orucunuzu qəbul etsin!


Baxış sayı: 38


Bölməyə aid digər xəbərlər
7-05-2021, 18:15 Ölənlərin sayı azaldı
5-05-2021, 21:05 Yoluxanların sayı artdı