Bütün xəbərlər
Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı
Tarix: 01-05-2021 22:07 | Bölmə: Karusel

                 Ramazanın 19-cu gününün duası


Sabah Ramazan ayının 19-cu günüdür.
“Qafqazinfo” xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 2-də imsak vaxtı saat 03:58-də, iftar vaxtı isə 19:52-dədir.
İmsak duası:
“Allahummə vəffir fihi həzzi min bərəkatih. Və səhhil səbili ila xeyratih. Və la təhrimni qəbulə həsənatih. Ya hadiyən iləl-həqqil-mubin!”
Tərcüməsi:
“İlahi, bu günün bərəkəti ilə məni bəhrələndir! Xeyirliklərə doğru yolumu hamarla! Bu günün ehsanını qəbul etməkdən məni məhrum etmə! Ey aşkar haqq yolunun hidayətçisi!”
İftar duası:
“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!”
Tərcüməsi:
“İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”
Allah orucunuzu qəbul etsin!


Baxış sayı: 300


Bölməyə aid digər xəbərlər