Bütün xəbərlər
İş yerini dəyişmək istəyən müəllimlərin nəzərinə
Tarix: 01-05-2021 15:26 | Bölmə: Karusel

                  İş yerini dəyişmək istəyən müəllimlərin nəzərinə



Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə start verilir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Müsabiqənin elektron sənəd qəbulu 5-16 may tarixlərində keçiriləcək.
Müsabiqədə iştirak etmək istəyən müəllimlər www.miq.edu.az/yerdeyishme linkinə daxil olaraq müraciət edə bilərlər.
Eyni zamanda, namizədlər müəllimlərin işə qəbulu üzrə müsabiqədə və ya diaqnostik qiymətləndirilmədə iki və ya daha çox sayda iştirak ediblərsə, onların üstünlük verdikləri balla müsabiqəyə qatılmaq hüququ var.
Müsabiqə zamanı “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi qaydaları”nda qeyd olunan sosial amillər nəzərə alınaraq, namizədlərin topladıqları bal artım əmsalına vurulacaq.


Baxış sayı: 165


Bölməyə aid digər xəbərlər